Amazing Gags

moderntibb.blogspot.com

recent posts

turalabbasoff


... Qadınlardan biri qabağa çıxıb dedi:
- Ay qızım, bu nə danışıqdı, biz sənin üçün nəyik burda? Bu qədər adamı basmısız bu quyuya hələ deyirsiz narahat olmayaq. Mənim balalarım bilmirəm hardadı, oğlum hardadı, qızım hardadı, ərim hardadı? Narahat olmayım? Necə narahat olmayım? Hə? Yeməknən olmur ee, yarı canımız ailəmizin yanındadı.
Ağ xalatlı qadın üzünü qoca nənəyə tutub dedi:
- Xala, mən heç nə deyə bilmərəm, mən özüm də bilmirəm nə baş verib. Bu sadəcə mənim işimdir.
Kök kişi söhbətə qoşuldu.
- Ay bala, sənin adın nədir?
- Nərgiz.
- Mən də Əziz kişiyəm. Bax bu boyda millət yığılıb aşağıda verib Əziz kişiyə bu boyda sualları ki, qalx yuxarı soruş. Lifti basırıq, lift işləmir, bax bu nə deməkdir hə?
- Əziz müəllim, lift ancaq yuxarıdan basılanda işləyir, burdan yuxarı sadəcə siqnal gedir. Başa düşdünüz? Sadəcə siqnal. Bizim işimiz sizi gündə iki dəfə yeməklə təmin etməkdir.
- Yaxşı, Nərgiz, qızım, bəs nə olub ki, bizi bura yığıblar, müharibədir?
- Bilmirəm, mən heç nə bilmirəm. Məni bura səhər saat səkkizdən çağırıblar, həmişəki kimi yemək hazırlığını görmüşük.
- Necə yəni? Bilmirdiz ki, camaatı bura salacaqlar?
- Yox! Yox!
Deyib qız əsəbi əsəbi əllərini masaya çırpdı:
- Mən də sizin kimi adamam. Bilsəydim nə olub deməzdim sizə? Mən burada işləyirəm. Biz həftədə bir dəfə bura gəlib anbarları yoxlamalı və vaxtı keçmiş məhsullar haqda ərizə yazmalıyıq. Içərini təmizləməliyik. Mən adi xadiməyəm, bunlar da, – deyib yanındakı adamları göstərdi, sonra daha aşağı səslə davam etdi, - Biz də səhər tezdən bura gəldik. Səhərdən buradayıq. Gözətçilər biz çıxmaq istəyəndə dedilər ki, indi camaat gələcək onlara xidmət eləmək vaxtı gəlib. Şəhəri yığırlar yerin altına. Biz də heç nə bilmirik -burada nə baş verir, niyə baş verir - bilmirik.
- Heç ola bilməz ki, siz orda yuxarıdakılarla bir yerdə oturasız və heç nə danışmayasız öz aranızda. Nolub? Müharibədir? Düzünü deyin, ermənilər gəlib?
- Yox, onlar bizimlə danışmırlar. Biz işçi qüvvəyik. Özünüz bilmirsiz güya necə olur, bəyəm müdirlərin söhbətini işçilər bilir ki? Otururlar kabinetdə, qapıları bağlı heç kəsi içəri buraxmırlar.
- Yaxşı, bəs müdir kimdir? Kimdir buranın başçısı?
Əziz dayı getdikcə əsəbiləşir, qızarıb bozarırdı.
Ağ xalatlılar yavaş-yavaş liftə yaxınlaşdılar.
- Gözləyin. Biz yuxarıdan bir adam göndərərik. Suallarınızı bizə verin onlara çatdıraq. ...
turalabbasoff turalabbasoff Reviewed by simralseyran on 09:52:00 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.