Amazing Gags

moderntibb.blogspot.com

recent posts

turalabbasoff

Hamilə xanımın betnindəki iki əkiz uşaqlardan biri o birindən soruşur:

- Sən doğuşdan sonra ki, həyata inanırsan?

- Əlbəttə inanıram. Hamıya aydındır ki, doğuş sonra həyat var. Biz burda ona görəyik ki, güclənək, doğuşdan sonrakı həyata hazır olaq.

- Boş söhbətdi. Doğuş sonra həyat ola bilməz. Olmuş olsaydı kimsə qayıdıb deyərdi orda həyat var. Sən fərz eliyə bilirsən orda həyat necədi?

- Mən bütün detalları bilmirəm amma inanıram ki, orda daha çox işıq olacaq, biz özümüz gəzəcəyik, öz ağzımızla yeyəcəyik və s.

- Nə nağıl danışırsan? Adam özü necə yeriyər, adam necə öz ağızı ilə yeyər? Gülməlidir! Bizim göbəyimiz var hansı ki, bizi qidalandırır. Bilirsən? Doğuşdan sonra həyat filan yoxdur.

- Mən əminəm ki, bu mümkündür. Sadəcə olaraq hər şey bir az başqa cür olacaq. Bunu fərz eləmək mümkündür.

- Axı ordan hələ heç kim qayıtmayıb. Həyat sadəcə olaraq doğuşla bitir. Bu qədər vəsit. Ümumiyyətlə həyat bu zülmətin içindəki zillətdən ibarətdir.

- Yox! Mən bilirəm doğuşdan sonrakı həyat necə olacaq amma əminəm ki, biz ana-nı görəcəyik və O, bizim qayğımızı çəkəcək.

- Ananı? Sən inanırsan ki, ana var? Varsa bəs o hardadı?

- O hər yerdədi, bizi əhatə edib və onun sayəsində hərəkət edirik, yaşayırıq, onsuz biz mövcud ola bilmərik.

- Cəfəngiyyatdi! Mən heç bir ana filan görməmişəm, odur ki, əminəm ki, ana filan yoxdur.

- Səninlə razılaşa bilmərəm. Axı hərdən sakitçilik olanda, onun necə oxumasını eşitmək olur. Hiss eləmək olur axı o necə bizim dünyamıza sığal çəkir. Mən qəti əminəm ki, bizim əsl həyatımız doğuşdan sonra başlayır
turalabbasoff turalabbasoff Reviewed by simralseyran on 23:48:00 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.